6 banka məxsus əmlaklar 45 lot üzrə hərraca çıxarılır

6 banka məxsus əmlaklar 45 lot üzrə hərraca çıxarılır

 Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğvedicisi olduğu "Bank Standard” QSC, "Texnika Bank”, "Zamin Bank”, "Deka Bank”, "Bank of Azərbaycan” və "Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə hərraca çıxarır.

 

"Report" ADIF-a istinadən xəbər verir ki, 7 lot üzrə əmlak 1-ci dəfə, 17 lot üzrə əmlak 2-ci dəfə, 10 lot əmlak 3-cü dəfə, 11 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır.

Hərrac iyulun 16-da, 30-da və avqustun 6-da, açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq mümkündür. 

 
Aktual.az
Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR