52 yaşlı Monika Belluçinin uşağı olacaq

52 yaşlı Monika Belluçinin uşağı olacaq

Dünya şöhrətli italyan aktrisa Monika Belluçinin yaxın gələcəkdə uşağı olacaq. Bunu aktrisanın özü və ya yaxınları demir.

Belə fikirlə Rusiyanın tanınmış ekstrasensi Qalina Yanko çıxış edib. Gözəl aktrisanın başı həyatının çətin dönəminə qarışdığı bir vaxtda öngörücü onun yerinə gələcəyi "düşünüb”.
Bildirir ki, Monika tezliklə bu çətin dövrdən çıxacaq (aktrisanın uşaqları, xüsusilə də böyük qızı ilə problemləri var). Hazırki tənhalıq və depressiyadan azad olaraq yaxın zamanda yenidən ailə quracaq: "Bu qadının çox böyük enerji axını var. Nəyi ürəkdən istəyirsə, o da həyata keçir. Odur ki, arzulamaqda davam etsin. Tezliklə ərə gedəcək və övladlığa uşaq götürəcək”. //Publika.az
 
Aktual.az
Xəbər 666 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR