500 min il əvvəl atom bombasını Yerə kim gətirib? - Planetin AÇILMAMIŞ SİRRİ

500 min il əvvəl atom bombasını Yerə kim gətirib? - Planetin AÇILMAMIŞ SİRRİ

Yer kürəsinin bir çox ərazisində işlənmiş nüvə yanacağının basdırıldığı nüvə məzarlıqları var. Son onilliklərdə tikilən nüvə məzarlıqları atom elektrik stansiyalarının fəaliyyəti nəticəsində yaranan əlavə məhsulları ətraf mühitdən təcrid etməyə imkan verir. Amma nüvə məzarlıqlarından birinin müasir dünya ilə heç bir əlaqəsi yoxdur.

Aktual.az  publika.az-a istinadən bildirir ki, alimlər kimin tərəfindən tikildiyi məlum olmayan qədim nüvə məzarlığının yaşını 1,8 milyard il olduğunu müəyyən ediblər.

1972-ci ildə Qabonun Oklo uran yatağı ilə maraqlanan laborant filizin tərkibində normativdən çox aşağı - 0,003 faiz U-235-in (uranın izotoplarından biri) olmasına diqqəti yönəltdi. Bu, alimlər üçün fövqəladə hadisə idi. Bütün uran filizlərində və hətta Aydan gətirilən nümunələrdə filizdə uranın miqdarının göstəricisi həmişə 0,7202 və ya 0,7171 faiz olub.

Bu anlaşılmazlıq alimləri qorxutdu. Buna görə də 1975-ci ildə Qabonun paytaxtı Librevil şəhərində elmi konfrans keçirildi. Uzun müzakirələrdən sonra Oklodakı yatağı Yer kürəsinin yeganə təbii nüvə reaktoru hesab etməyə qərar verdilər. Nüvə məzarlığı 1,8 milyard il əvvəl yaranmış və 500 min il təbii reaktor kimi yanan filizin dağılmasının məhsulu idi. Bununla da hamı rahat nəfəs aldı və Yer kürəsində daha bir tapmacanın cavabı tapıldı.

Hamı bu qərarla razılaşmadı

Amma konfransın bütün iştirakçıları bu qərarı qəbul etmədilər. Şübhə doğuran məqam isə 500 min il boyunca öz-özünü idarə edən nüvə reaksiyasının mümkünlüyü ilə bağlı idi. Atom Elektrik Stansiyasında reaktorların dayanmasına və partlamasına imkan vermədən onun işinə daim nəzarət edilir. Ən kiçik səhv yeni bir Çernobıl qəzasına səbəb ola bilər. Oklodakı təbii reaktor 500 min il öz-özünə necə işləyirdi?

Ən güclü versiya

Mədəndə təbii nüvə reaktoru versiyası ilə razılaşmayanlar öz nəzəriyyəsini irəli sürdülər. Onların fikrincə, Okloda reaktor ağlın məhsuludur və mədən işlənmiş nüvə yanacağının basdırıldığı yerdir. Ancaq mədən yüksəktexnologiyalı sivilizasiya tərəfindən tikilmiş nüvə reaktoruna az oxşayır.
Bununla belə, Oklodakı mədənin texniki nöqteyi-nəzərdən nüvə məzarlığı olması versiyası "təbii reaktor" versiyasından daha güclüdür. Amma ortaya yeni suallar çıxır. Əgər Oklo nüvə məzarlığı idisə, bu tullantılar haradan gətirilirdi? Nüvə məzarlığını tikmiş sivilizasiya hara yoxa çıxdı?
 
Aktual.az
Xəbər 4328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR