47 yaşlı kişini maşın vuraraq öldürdü

47 yaşlı kişini maşın vuraraq öldürdü

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 21-də axşam saatlarında Ələt-Astara magistralının rayonun Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Parakənd qəsəbə sakini, 47 yaşlı Şaiq Siyab oğlu Bəşirov yolu keçmək istəyərkən hərəkətdə olan "Suzuki" markalı, 10 JL 300 dövlət nömrə nişanlı minik avtomobili onu vurub.
 
Sürücü dərhal müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı maşınına qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səylərinə baxmayaraq Ş.Bağırovun həyatını xilas etmək mümkün olmayıb.
 
İlkin versiya kimi qəzanın piyadanın sərxoş vəziyyətdə yola çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq təfərrüatı avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı araşdırma aparılır.
 

Aktual.az

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR