46 saylı məktəbdə oğurluq - Direktorun 900 manatı oğurlandı

46 saylı məktəbdə oğurluq - Direktorun 900 manatı oğurlandı

Bakıda məktəb direktorunun otağından oğurluq olub.

"Report”un xəbərinə görə, hadisə keçən həftə, iyulun 11-də qeydə alınıb.

Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbdə qeydə alınıb. Orada məktəb direktoru Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.
 
Aktual.az
Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR