40 min azərbaycanlıya Türkiyədə yaşamaq icazəsi verildi

40 min azərbaycanlıya Türkiyədə yaşamaq icazəsi verildi

Son 13 il ərzində 589 473 nəfər xarici vətəndaşa Türkiyədə yaşamaq üçün icazə verilib.
 
"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Baş Miqrasiya İdarəsinin məlumatında deyilir.
 
2015-ci ildə 178 964 nəfər xarici vətəndaşa yaşayış üçün icazə verildiyi halda, 2016-cı ilin sonuna bu rəqəm 461 217 təşkil edib.
 
Ümumilikdə, 2005-2016-cı illər ərzində 55 983 İraq, 48 738 Suriya, 39 184 Azərbaycan, 24 253 Türkmənistan, 21 006 Rusiya vətəndaşı Türkiyədə yaşayış izni alıb.
 
Aktual.az
Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR