4 min cəsədin basdırıldığı kütləvi məzarlıq

4 min cəsədin basdırıldığı kütləvi məzarlıq
  • DÜNYA

İraqın Mosul şəhəri yaxınlığında təqribən 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

"Report” xəbər verir ki, bu barədə "Telegraph” nəşri məlumat yayıb.

Qəzet yazır ki, böyük çala Mosul ilə İraqın paytaxtı Bağdadı birləşdirən yol yaxınlığındakı Hasfa rayonundadır.

İŞİD terrorçuları 2014-cü ildə əsir götürdükləri İraq hərbçi və polislərini qətlə yetirərək bu çalada basdırıblar. Yerli sakinlərin sözlərinə görə, sözügedən qətllər İŞİD 2014-cü ilin yayında Mosulu ələ keçirdikdən 6 ay sonra baş verib.

Şahidlərin məlumatına görə, qurbanların əksəriyyəti güllələnib. Çalanın dərinliyi isə 400 metrdən çoxdur.
 
Aktual.az
Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR