4 il əvvəl itkin düşən qızı qardaşı öldürübmüş

4 il əvvəl itkin düşən qızı qardaşı öldürübmüş

Lənkəran rayonunda 4 il əvvəl itkin düşən qızın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

Aktual.az  report-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib. 
Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.

F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı, 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib. 

Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyidi basdırıldığı yerdən eksqumasiya olunacaq və ekspertizaya göndəriləcək.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
 
Aktual.az 
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR