32 mindən çox abituriyent ixtisas seçdi

32 mindən çox abituriyent ixtisas seçdi

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I -IV) üzrə ixtisas seçimi davam edir.

Aktual.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,  iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-da başa çatacaq.

Bu gün saat 12:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 32721 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 29750-si Azərbaycan, 2971-i isə Rus bölməsinin məzunlarıdır. 
 
İxtisas seçimi edən 32721 abituriyentin  11144-ü I, 9904-ü II, 9097-si III, 2576-sı isə IV ixtisas qrupu üzrə sənəd verib. 
 
Avqustun 5-dən isə 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb. avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edir. Bu gün saat 12: 00-dək V ixtisas qrupu üzrə 752 abituriyent ixtisas seçimi edib. Onlardan  667-si Azərbaycan, 85-i Rus bölməsinin məzunudur.  
 
Aktual.az
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR