31 nəfəri ilan sancdı

31 nəfəri ilan sancdı

Yay mövsümü başlanandan Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, bunlardan da 3 nəfəri uşaq və 30 halda hospitalizasiya icra edilib.
Bu ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6300-dən artıq olub.
Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib
2017-ci ilin ilk 6 ayı ərzində BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 500-dən artıq təşəkkür məktubu və zəngləri daxil olub ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

Aktual.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR