300 uşaq qanın bədxassəli xəstəliyindən əziyyət çəkir – Azərbaycanda

300 uşaq qanın bədxassəli xəstəliyindən əziyyət çəkir – Azərbaycanda

 "Bu il leykozların diaqnostikası üçün aparılan laborator müayinələrin sayı 6 000-dən çox olub".

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Trnasfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir.
Direktor qeyd edib ki, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir: "Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir".
Z.Əlimirzəyeva bildirib ki, bu qrup xəstəliklərin uşaq və gənclərin bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir: "Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir. Statistik məlumatlara görə, hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır". 

Aktual.az



Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR