300 min manat oğurlayan şirkət rəhbəri axtarışa verildi

300 min manat oğurlayan şirkət rəhbəri axtarışa verildi

Azərbaycanda 300 min manatı mənimsəməkdə ittiham olunan turizm şirkətinin rəhbəri beynəlxalq axtarışa verilib.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İnterpolun saytında 35 yaşlı Əhməd Məmmədovun Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirildiyi bildirilir.

Ə.Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.

Ə.Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.

Şikayətçilərdən birinin verdiyi məlumata görə, Ə.Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfindən də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.

Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR