300 milyonluq 1 il, 200 milyonluq 5 il — Nazirlik istiqrazları açıqladı

300 milyonluq 1 il, 200 milyonluq 5 il   — Nazirlik istiqrazları açıqladı

Maliyyə Nazirliyi manat və dollar nominallı qısamüddətli və ortamüddətli istiqrazların tədavül müddətini müəyyənləşdirib. İstiqrazların tədavül müddəti müvafiq olaraq 1 ilədək və 5 ilədək nəzərdə tutulacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, tədavül müddəti 1 ilədək olan qısamüddətli istiqrazlar 300 milyon dollar və 150 milyon manat məbləğində buraxılacaq.

Tədavül müddəti bir ildən beş ilədək olan ortamüddətli istiqrazlar isə 200 milyon dollar və 250 milyon manat məbləğində nəzərdə tutulacaq.

Dollar və manat istiqrazlarının prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müvafiq olaraq yanvarın 26-sı və 27-də qeydiyyata alınıb.

Hər bir istiqrazın nominal qiyməti müvafiq olaraq 100 manat və 100 dollar təşkil edir.

Aktual.az

Xəbər 731 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR