3 uşaq atası özünü kanala atdı

3 uşaq atası özünü kanala atdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qarabağ su kanalının Ağcabədi rayonunun Qaradolaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Aktual.az  FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub, vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

****
Ağcabədi rayonu ərazisində Qarabağ su kanalında batan şəxsin kimliyi məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kanalda batan şəxsin Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün, 1963-cü il təvəllüdlü İsmayılov Tofiq Cəlil oğlu olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxs özünü kanala atıb.

Ağcabədi rayonunun Qaradolaq kəndində məskunlaşan şəxsin psixoloji problemlərinin olduğu bildirilir.

Hazırda xilasedicilərin axtarışları davam edir.

T. İsmayılov ailəlidir, 3 övladı var.
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR