29 yaşında 43 cinayət əməlinə görə axtarılırdı

29 yaşında 43 cinayət əməlinə görə axtarılırdı

Barəsində 43 ayrı cinayət əməlinə görə həbs qərarı olan qadın şərqi Anadolunun Aydın vilayətində tutulub. 

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, Həsən Əfəndi məhəlləsində təhlükəsizlik qüvvələrinin əməkdaşları davranışından şübhələndikləri qadını dayandırıb şəxsiyyətini sorğu-sual ediblər.

Bu qadının fərqli illərdə "fırıldaqçılıq" və "qızıl oğurluğu" kimi 43 cinayət əməlinə görə axtarılan 29 yaşlı Cansu D. olduğu məlum olub.

Şübhəli yanındakı 4 uşağıyla birgə İl Təhlükəsizlik İdarəsinin "B Xidməti" binasına aparılıb.
 
Aktual.az
Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR