28 rayonda içməli su təchizatı sistemi qurulacaq

28 rayonda içməli su təchizatı sistemi qurulacaq

Prezident İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamında dəyişiklik edib. 

Aktual.az-ın məlumatına görə, sərəncamla əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 28 rayonun 271 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sisteminin qurulması üçün "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat ayrılıb.
Prezident İlham Əliyevin cari il martın 17-də imzaladığı sərəncamda 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsi qeyd olunmuşdu. 
 
Aktual.az
Xəbər 63 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR