24 yaşlı qadın itkin düşdü - Ucarda

24 yaşlı qadın itkin düşdü -  Ucarda

Ucar rayon sakini, itkin düşmüş 24 yaşlı qadın axtarılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova cari il iyulun 31-də evdən xəbərsiz getmiş və bir daha geri qayıtmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 164 sm, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində göy cins şalvar, qara kofta olub.

Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

 
Xəbər 1101 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR