23 yaşlı müğənninin milyon dollarlıq füsunkar adası - FOTOLAR

23 yaşlı müğənninin milyon dollarlıq füsunkar adası - FOTOLAR

Gənc ifaçı Castin Biberin bu yaxınlarda istirahət etdiyi Sülh (Makepeace) adasının fotoları yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada yerləşən adanın ən qəribə özəlliyi ürək şəklində olmasıdır. Bu səbəbdən də oraya adətən varlı cütlüklər bal ayını keçirmək üçün gedir.
23 yaşlı Castin Biber isə balayı olmasa belə qısa müddətlik istirahət üçün sözügedən adaya yollanıb. Sülh adasının bir gecəlik qiyməti 5 min 500 dollardır.
Bəs bu pula nələr daxildir?
Ada 24 nəfərlik nəhəng bir villa, hovuz, açıq hava kinosu, tennis kortu və üç ayrı villadan ibarətdir. Yeməklər isə dünyanın ən məşhur aşpazları tərəfindən hazırlanır.
Adanın 65 yaşlı sahibi Riçard Bransonun sözlərinə görə, adada əvvəllər sakinlər donuz saxlayıb. Bu səbəbdən də qədim sənədlərdə adanın adı "Pig Island” yəni, Donuz adası kimi keçir.
Britaniyalı iş adamı Riçard Branson adanı 2003-ci ildə 3.2 milyon dollara alaraq istirahət kurortu tikməyə qərar verib.








Xəbər 911 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR