21 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

21 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Ərkivan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1993-cü il təvəllüqdlü Abdullayev Ruslan Elçin oğlu yaşadığı evin yaxınlığında qonşusu, 1997-ci il təvəllüdlü Fərziyev Xəyyam Fərasəddin oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R.Abdullayev üzərində gəzdirdiyi bıçaqla X.Fərziyevi bıçaqlayaraq ağır xəsarət yetirib.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən R.Abdullayev saxlanılıb.
 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR