21 yaşlı gənc toyda damarlarını doğradı - Azərbaycanda

21 yaşlı gənc toyda damarlarını doğradı -   Azərbaycanda

Dünən gecə Şəki rayonu ərazisindəki şadlıq evlərinin birində özünə qəsd hadisəsi baş verib. 

Aktual.az ans press-ə istinadən məlumatına görə, şəhərin Aşıq Cümə küçəsi, ev 4 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Seymur Zülfüqar oğlu Nəbiyev şadlıq evində keçirilən toy məclisində alkoqollu içki içərək sərxoş olub. Restoranın eyvanına çıxan gənc məlum olmayan səbəbdən əsəbiləşib və şüşəylə qolunun damarlarını kəsməyə başlayıb. 

Hadisəni görən qonaqlar S.Nəbiyevə mane olaraq şüşə parçasını onun əlindən alıblar. Yaralı dərhal Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, damarlarının çoxu kəsilən Seymura ilkin tibbi yardım göstərilərək əməliyyat üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı Şəki rayon Polis İdarasində araşdırma aparılır.

 

Xəbər 4361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR