Bu il Azərbaycana könüllü qayıdan azərbaycanlıların sayı açıqlanıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin bu ilin 6 ayında fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə bildirib ki, hesabat dövründə xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmisiyası ilə bağlı 640 şəxs haqqında 322 sorğu daxil olub.
Onun sözlərinə görə, bu il Azərbaycanın 206 vətəndaşının readmisiyası həyata keçirilib, yəni onlar ölkəyə qayıdıblar.