Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

"Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxildir.
Deputatlar Hesablama Palatasının hesabatını müzakirə edəcəklər.
Gündəliyə daxil olan "Təhsil haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Dövlət qulluğu haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Dərman vasitələri haqqında" qanunlarına dəyişikliklər texniki xarakterlidir.
İclasda Əmək Məcəlləsinə dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq.
Bundan başqa, yeni hazırlanan "Ələt azad iqtisadi zonası haqqında" (üçüncü oxunuş) və "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirə olunacaq.
 
Aktual.az
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR