“Yeni Dövlət Agentliyi turizmin inkişafına təkan verəcək” – Prezident

“Yeni Dövlət Agentliyi turizmin inkişafına təkan verəcək” – Prezident

"Mən sizi Bakıda yeni otelin açılışı münasibətilə təbrik edirəm, çox gözəl hadisədir. Dinamo oteli çox gözəl səviyyədə tikilib istifadəyə verilir. Bildiyiniz kimi, bu otel tarixi binada yerləşir. Bu binanın böyük tarixi var və çox şadam ki, binanın tarixi memarlığı tam qorunub saxlanılıb və daxili dizaynı da göz oxşayır. Burada istirahət edən qonaqlar özlərini evlərindəki kimi hiss edəcəklər. Çox gözəl dizayn işləri görülüb. Xanım Pintoya xüsusi minnətdarlığımı bildirirəm ki, doğrudan da dizayn göz oxşayır. Burada bütün işlər çox müasir və yüksək səviyyədə görülübdür. Otelin yerləşməsi də çox əlverişlidir, şəhərin mərkəzidir. Burada qalan qonaqlar şəhərin ən baxımlı yerlərinə piyada rahat gedib çata bilərlər. Turistlər buradan həm bulvara, həm İçərişəhərə, şəhərimizin mərkəzi yerlərinə çox rahat gedib çıxa bilərlər”.


Aktual.az xəbər verir ki, bunu Bakının Səbail rayonunda "Dinamo” otelinin açılış mərasimində otelin kollektivi ilə görüşündə Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki. bu otelin fəaliyyəti ölkəmizdə turizmin inkişafına təkan verəcək: "Çünki bu, indi bizim üçün əsas istiqamətlərdən biridir, turistlərin sayı ölkəmizdə artır. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz artıb. Bu ilin dörd ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıbdır. İndi "ASAN Viza” rejimindən istifadə edərək 90-dan çox ölkədən turistlər gələ bilərlər. Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda Turizm üzrə Dövlət Agentliyi yaradılıb. Əlbəttə, bu Agentlik turizmin inkişafına təkan verəcək və Azərbaycanda müasir turizm sənayesi yaradılacaqdır.

Eyni zamanda, bu otelin fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafını göstərir. Şəhərimizin gözəlliyi bu gün artıq dünya birliyi tərəfindən tanınır. Ölkəmizdə keçirilmiş böyük tədbirlər, idman tədbirləri, onların arasında əlbəttə ki, Formula 1 yarışı dünyanın diqqətini Azərbaycana cəlb edir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi öz qapılarını dostlarının üzünə açır”.

 
Aktual.az
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR