Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxildir.
İclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.Bundan başqa, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "İcra haqqında", "Könüllü fəaliyyət haqqında", "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Müflisləşmə və iflas haqqında" və s. qanunlarına, o cümlədən Cinayət, İnzibati Xətalar, Vergi məcəllərinə dəyişiklik layihələrinə baxılacaq.
Deputatlar yeni hazırlanan "Məşğulluq haqqında" və "Peşə təhsili haqqında” (üçüncü oxunuş) qanun layihələrini də müzakirə edəcəklər.

Aktual.az

Xəbər 178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR