Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 12-17° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Xəbərdarlıq

Martın 24-ü axşam və 25-də, əsasən, şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.