Azərbaycan neftinin qiyməti dəyişdi

Azərbaycan neftinin qiyməti dəyişdi

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,56 dollar və yaxud 0,84% azalıb.


Aktual.az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,05 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR