Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,13 dollar və yaxud 0,20% azalıb.


Aktual.az xəbər verir ki, "Azeri LT CIF” markalı neftin qiyməti 66,45 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR