Milli Məclisin plenar iclası başladı

Milli Məclisin plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası başlayıb.

"Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 24 məsələ daxildir.
Bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial müavinətlər haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə, o cümlədən Seçki, Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti, Ticarət Gəmiçiliyi məcəllələrinə dəyişiklik layihələridir. Bu dəyişikliklər texniki xarakterlidir.
Bundan başqa, deputatlar "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər. 
İclasda "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinə də baxılacaq.
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR