Milli Məclisin plenar iclası başladı

Milli Məclisin plenar iclası başladı

 Milli Məclisin növbəti plenar iclası başlayıb.

"Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.
Bunlar "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və.s qanunlara, o cümlədən Miqrasiya və İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.
Bundan başqa, iclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" qanun layihələrinə də baxılacaq.
 
Aktual.az
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR