Milli Məclisin plenar iclası başladı

Milli Məclisin plenar iclası başladı

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

"Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündələyinə 19 məsələ daxildir.
İclasda "Konstitusiya Məhkəməsi haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Elektrik və istilik stansiyaları haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunlarına və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik layihələrinə baxılacaq.
Deputatlar yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" (ilk oxunuş) qanun layihəsini, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini, Ramiz Rzayevin Ali Məhkəmənin, Qasım Əliyevin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsini müzakirə edəcəklər.
 
Aktual.az
Xəbər 79 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR