Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1,36 milyard dollar və ya 34,2 faiz artıb.
 
Aktual.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, bununla da valyuta ehtiyatları 5 334,6 milyon dollara çatıb.
Ay ərzində AMB-nin ehtiyatları 80,4 milyon dollar (1,53 faiz) artıb.
Qeyd edək ki, 2016-cı il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 2015-ci illə müqayisədə bir milyard dollardan çox və ya 20,78 faiz azalaraq 3 974,4 milyon dollar təşkil etmişdi.

Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR