2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq

2018-ci ildə təhvil veriləcək xam pambığın alış qiymətləri artırılacaq.

Bu barədə Aktual.az-a  Kənd Təsərrüfatı Nazirliyindn məlumat verilib.
Pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 №-li sərəncamı ilə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Döblət Proqramının Tədbirlər Planının icrasına uyğun olaraq, pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dekabrın 1-də Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan "MKT İK” MMC və "CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.
Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növləri üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılaraq 2018-ci ildə aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib:
Pambığın bir tonunun alış qiyməti manatla: 

2017-ci il (faktiki)

2018-ci il (təklif olunan)

1-ci növ

500

600

2-ci növ

470

580

3-cü növ

440

540

4-cü növ

400

500

Xəbər 117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR