Ər arvadını bıçaqladı - Bakıda

Ər arvadını bıçaqladı - Bakıda

Bakıda ər arvadını bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yaşayan 1983-cü il təvəllüdlü Məmmədova Xəyalə Yaqub qızı əri tərəfindən bıçaqlanıb. Onun boyun nahiyəsindən bıçaq xəsarətləri aldığı bildirilir.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR