Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

Azərbaycan 2017-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə təqribən 4,86 milyard kubmetr qaz tədarük edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, ötən ilin analoji dövründə bu göstərici 4,84 milyard kubmetr olub.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6,48 milyard kubmetr (2015-ci ildə 6,17 milyard kubmetr) təbii qaz ixrac edib.
İdarənin hesabatına əsasən, Türkiyə yanvar-senyabrda 39,62 milyard kubmetr qaz idxal edib.
Türkiyəyə idxal edilən ümumi qaz həcmində Azərbaycanın payı 12,3 faiz təşkil edir.
Qeyd edək ki, Azərbaycandan Türkiyəyə qaz Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə nəql edilir.
 
Aktual.az
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR