Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Aktual.az  DİN-in saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Telnov küçəsində qeydə alınıb. 
Belə ki, noyabrın 17-də saat 22 radələrində Bakı şəhər sakini Mehdi Daşdəmirov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub və nəticədə hadisə yerində ölüb.
Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.
 
Aktual.az
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR