Təsadüf deyib keçməyin, bu rəqəmlər həyatınızı dəyişdirə bilər...

Təsadüf deyib keçməyin, bu rəqəmlər həyatınızı dəyişdirə bilər...

"Sinxronizm" deyə bir termin eşitdinizmi heç? Bu sözün dilimizdəki qarşılığı paralel zamandır. Bu tarixin gəlmiş-keçmiş ən böyük psixiatrlarından olan Karl Yunqun illərlə araşdırdığı, sirlərlə dolu bir məfhumdur.

Əslində bu anlayışa sadə şəkildə "təsadüf" deyib keçirik. Ancaq önəmli olan budur ki, təsadüflərin verdiyi hiss heç də bəsit deyil. Məsələn, kitabda partlayış sözünü oxuyarkən anidən partlayış səsi eşitməyiniz, ya da sevdiyiniz bir insanı düşünərkən həmin anda onun zəng etməsi və ya radionu açdıqda zümzümə etdiyiniz bir musiqinin həmin anda dalğalarda səslənməsi kimi.
Aktual.az bildirir ki, məşhur psixiatr Karl Yunq bir xəstəsini hipnoz edərkən həmin qadın yuxusunda gördüyü pərvanədən bəhs edir. Yunq həmin anda otağın pəncərəsinə nəyinsə vurduğunu görür. Yunq pəncərəni açır və orada bir pərvanə olduğunu görür. Bu hadisə Karl Yunqun başına gələn və ona olduqca təsir edən bir paralel zaman örnəyidir.
Bunlarla yanaşı, saata baxarkən 11:11 və ya 22:22 kimi rəqəmlər görməyimiz də paralel zamanın misallarından biridir. Bəzi inanclara görə, bu rəqəmlər qalaktika ilə uyğunluğumuzu və ruhi oyanışı təmsil edir. Ancaq bu anlayışı ruhi oyanış qisminə keçmədən öncə elmi istiqamətdə araşdırmaq lazımdır.
Fizikada geniş yayılmış qaydalardan biri olan nisbilik böyük partlayış və qara dəliklər kimi makro-qalaktikaya aydınlıq gətirir. Kvant qaydası isə atomdaxili hissəciklər kimi mikro-qalaktikanı izah edir. Ancaq bu nəzəriyyələrdən heç biri sinxronizasiya mövzusunun suallarına cavab verə bilmir. Bu xüsusda ən təvazökar açıqlamanı Albert Eynşteyn verib. Onun dediyinə görə, paralel zaman Tanrının gizli qalmaq formasıdır.

Paralel zaman bəzi elm adamlarının diqqətini çəksə də, bir çox alim bu mövzunu elmi hadisə adlandırmır. Qeyd etmək lazımdır ki, paralel zamanla yanaşı, dalğa funksiyasının çöküşü kimi ciddi mövzular qarşısında da elm aciz qalır.
Paralel zaman bütün insanların başına gələ biləcək bir hadisədir. Həyatında dəyişiklik etmək istəyən, yeni başlanğıc mərhələsində qərarsızlıq içində olan, hansısa planlar quran, özünü inkişaf etdirməyə çalışan insanların bu növ paralel zaman örnəkləri ilə qarşılaşması daha realdır.
Məsələn, Ceym Artur həvəskar kimi küçədə mahnı oxuyan zaman musiqiçi dostu ona "X Faktor" yarışmasına qatılmağı təklif edir. Lakin Ceyms qatılmaq istəmir. Çünki səhnəyə çıxmağa bacaracağına inanmır. Bir gün yenə bir nəfər onun musiqilərini tərifləyir və professional olduğunu deyir. Ceyms həmin adamın köynəyində böyük bir X işarəsinin olduğunu görür və yarışma yadına düşür. Bu hadisədən sonra yaşırmaya qatılan Ceyms "X Faktor"un birincisi olur.
Özünüzü inkişaf etdirmək istəyirsiniz, ancaq yoğrun, tənbəl və uğursuz hiss edirsinizsə, bu cür paralel zaman örnəkləri sizin qarşısına mütləq çıxacaq. Buna görə də ruhunuz anlayışların üzünə bağlamayın. Hər işarədən anlam çıxarın və fərqinə varın. (publika.az)
 
Aktual.az
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR