Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Oktyabrın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi 4-8 m/s, arabir 11 m/s təşkil edəcək.

ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  18-21° isti, Bakıda gecə  11-13°, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək - 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

Aktual.az
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR