Gürcüstan Azərbaycandan aldığı qazın həcmini açıqladı

Gürcüstan Azərbaycandan aldığı qazın həcmini açıqladı

Gürcüstan hazırda "Şahdəniz” konsorsiumundan 800 milyon kubmetr təbii qaz alır.

Aktual.az xəbər verir ki, bu barədə Report Gürcüstan bürosuna istinadən məlumat verib. Gürcüstanın sabiq energetika və təbii ehtiyatlar naziri, "SOCAR Georgia Gas” kompaniyasının direktoru Aleksandr Xetaqurinin sözlərinə görə, bu "mavi yanacağın” 300 milyon kubmetrinin dəyəri Gürcüstan ərazisindən Azərbaycan qazının tranziti üçün nəzərdə tutulmuş vəsaitin hesabına ödənilir. Qalan 500 milyon kubmetri isə Gürcüstan tərəfindən alınır. Bundan əlavə, daha 1,5 milyard kubmetr təbii qaz SOCAR-ın törəmə şirkəti olan "SOCAR Georgia Gas” tərəfindən Gürcüstana ixrac olunur.
Xetaquri deyib: "Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatı Azərbaycan qazı hesabına təmin olunur. Əgər Gürcüstanda yeni tələbat yaranarsa, bunu yenə SOCAR təmin edəcək”.
"Azərbaycan 2007-ci ildə Gürcüstanın qaz bazarına daxil olarkən ölkənin "mavi yanacağa” olan tələbatı 1,8 milyard kubmetr idi. Hazırda isə bu rəqəm 2,4 milyard təşkil edir. SOCAR bu tələbatı sabit olaraq ödəyir”, - deyə Xetaquri vurğulayıb.
Direktor onu da bildirib ki, Gürcüstanda dövlət qazpaylayıcı şirkəti yoxdur. Gürcüstanın bütün bölgələrinə "mavi yanacağı”n çatdırılmasını "KazTransQaz” və "SOCAR Georgia Gas” şirkətləri icra edirlər. Onlar bu qazı Azərbaycandan alırlar: "Faktlara əsaslanaraq, deyə bilərəm ki, bu gün, eləcə də, gələcəkdə Gürcüstanı qazla SOCAR təmin edəcək”. 
 
Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR