Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir

Oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə Aktual.az-a "Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yanvarın 7-nə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatıwww.ady.az saytından əldə edə bilər.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının (07.01.2017-ci il tarixdə təsdiq olunmuş) hərəkət cədvəli

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR