Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub.
Muğam və tar ifaçılığı sənəti UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilib.
Azərbaycanda bu sənətə dəstək üçün "Muğam aləmi” beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri” albomunun buraxılması, "Muğam” jurnalının, "Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı” multimedia toplusu hazırlanır.
Muğam Azərbaycan milli musiqi mədəniyyətinin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli "Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov "Şur” və "Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarların yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.
Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib.

Aktual.az
Xəbər 821 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR