Lənkəranda avtomobil velosipedçini vurub öldürdü

Lənkəranda avtomobil velosipedçini vurub öldürdü

Axşam saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, 42-BP-277 dövlət qeydiyyat nişanlı "Volkswagen” markalı avtomobili idarə edən Kamran Hüseynov velosipeddə olan təqribən 25-26 yaşlı Xəlilov Zamin Aftandil oğlunu vurub.

Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Z.Xəlilovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 721 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR