İmtahanların nəticələri açıqlandı

İmtahanların nəticələri açıqlandı

IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, ilk olaraq martın 5-də imtahan verən məzunların nəticələri elan edilib.
Məzunlar Dövlət İmtahan Mərkəzinin rəsmi saytına daxil olaraq nəticələri barədə məlumat əldə edə bilərlər.
Qeyd edək ki, DİM sədri Məleykə Abbaszadə nəticələrin mərhələli şəkildə açıqlanacağı barədə məlumat verib. Bu gün yalnız martın 5-də imtahan verən məzunların nəticələri açıqlanıb. Daha sonra martın 12-i, martın 18-i və aprelin 16-da keçirilən imtahanların nəticələri açıqlanacaq. Bunlar arasında iki, yaxud da üç gün fərq olacaq.

İyunun 1-dən sonra isə imtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyaları fəaliyyət göstərməyə başlayacaq.
 
Aktual.az
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR