Oqtay Əsədov Türkiyəyə gedir

Oqtay Əsədov Türkiyəyə gedir

Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün mayın 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olacaq.
 
Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdə təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
 
Səfər çərçivəsində Oqtay Əsədovun toplantıda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR