Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a  verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
 
Aktual.az
Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR