Bu yollarda hərəkət məhdudlaşdırılır

Bu yollarda hərəkət məhdudlaşdırılır

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala – Şüvalan yolunda ("Azal Arena”nın yolu) müvafiq işlər aparılır. ASC-dən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
 
Anoloji işlər bu axşam 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində ( A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.
 
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.
 
Aktual.az
Xəbər 33 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR