Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Azərbaycanın teatr sənətinə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov dünyasını dəyişib.

Aktyor ailəsindən ayrıldığına görə tək yaşayırmış. Tənha yaşayan dərdli aktyor Hepatit C xəstəliyindən əziyyət çəkib. Əməliyyat olunmasına baxmayaraq, faydası olmayıb.

Aktyor sabah dəfn ediləcək.

1956-cı ilin noyabrın 27-də anadan olan aktyor 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıdıb. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.
 
Aktual.az
Xəbər 240 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR