Dolların bu günə olan - Rəsmi məzənnəsi

Dolların bu günə olan - Rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 10-a olan rəsmi məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 9-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8677 manatdan 1,8824 manatadək bahalaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0298 manatdan 0,0296 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4863 manatdan 0,4776 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdan 2,1553 manatadək ucuzlaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6458 manatdan 0,6469 manatadək bahalaşıb.
 
Aktual.az
Xəbər 709 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR