2017-ci ildə 28 ölkədə 97 jurnalist ölüb

2017-ci ildə 28 ölkədə 97 jurnalist ölüb
  • DÜNYA

2017-ci ilin əvvəlindən etibarən dünyanın 28 ölkəsində ümumilikdə 97 jurnalist ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumat "Press Emblem Campaign" (PEC) qeyri-hökumət təşkilatının Cenevrədə nəşr olunan illik hesabatında verilib.
PEC dünya ictimaiyyətini münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün səmərəli tədbirlər görməyə çağırıb.
Qeyd olunub ki, bu il ölən jurnalistərin sayı keçən illə (144) müqayisədə azdır. Təşkilat 2008-ci ildən bu yana ilk dəfə olaraq jurnalist ölümlərinin sayının 100-dən az olduğunu vurğulayıb. Məlumata görə, son 10 ildə ölən jurnalistlərin ümumi sayı 1197 nəfərə çatıb.
KİV işçiləri üçün ən təhlükəli ölkələr sırasında Təşkilat birinci sıraya Meksikanı qoyub. Belə ki, bu ilin yanvar ayından etibarən bu ölkədə 14 mətbuat işçisi ölüb. İlk beşlikdə həmçinin İraq (9), Əfqanıstan (8), Hindistan (8) və Pakistan (8) yer alıb. Bu beş ölkəyə jurnalist ölümlərinin, təxminən, yarısı (47) düşür. Siyahıda sonrakı yerləri Filippin (6), Suriya (6), Somali (5) və Honduras (4) tutub.
 
Aktual.az






Xəbər 92 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR