Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər

Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə Sizin şəxsi töhfəniz Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Əminəm ki, Sizin peşəkarlığınız və zəngin dövlətçilik təcrübəniz Azərbaycanı daha da inkişaf etdirəcək və onun beynəlxalq nüfuzunu yüksəldəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, sağlamlıq və firavanlıq diləyirəm".

XXX

Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və Sizə cansağlığı, şəxsi xoşbəxtlik və uğurlar diləyimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimiz xalqlarımız arasındakı dostluğu ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirməyə və hərtərəfli qarşılıqlı əlaqələrimizi gücləndirməyə xidmət edəcək.

Sizin və ailənizin xoşbəxtliyi, Azərbaycan xalqının inkişafı və rifahı arzularımla yanaşı, cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR