Bakıda avtobus piyadanı vuraraq öldürüb – YENİLƏNİB

Bakıda avtobus piyadanı vuraraq öldürüb – YENİLƏNİB

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.

Aktual.az "Report”-a istinadən xəbər verir ki, bu, Yevlax rayon sakini, 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.

E.Fərəcov 2001-ci ildən "Qoroskop” qəzetində satış müdiri vəzifəsində çalışıb. "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli məlumatı təsdiqləyib. O bildirib ki, E.Fərəcov 2001-ci ilə qədər "Ədalət” qəzetinin satış müdiri olub.

Xatırladaq ki, avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırmalar davam etdirilir.
 
*** 

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsbəsində qeydə alınıb.

Belə ki, 132 saylı marşrut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən "Daewoo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Bu barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR